Vatikan Papa Fransiskin dəfnindən sonra kardinalların ilk iclasını keçirib. İclasdan sonra qərara alınıb ki, Xorxe Mario Berqoqlionun varisinin seçilməsi üzrə konklav mayın 7-də başlasın, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kardinalların qurultayı başlamazdan əvvəl konklavın keçiriləcəyi Sikstin kapellasının girişi turistlər üçün bağlanıb.
Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Onunla vida mərasimi üç gün ərzində, aprelin 23-də baş tutub. Papanın dəfni şənbə günü, aprelin 26-da olub. Mərasimdə 250 minə yaxın insan iştirak edib.