17 C
Baku
Saturday, November 26, 2022

Yeni səhmdar cəmiyyət olan lizinq şirkəti yaradılıb, SOCAR-ın sabiq əməkdaşı rəhbər təyin edilib

Azərbaycanda səhmdar cəmiyyət təşkilati-hüquqi formada olan yeni lizinq şirkəti təsis edilib, şirkətə SOCAR-ın sabiq baş maliyyə inzibatçısı ona rəhbər təyin edilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, bu “Partners Leasing” QSC-dir.

Şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 28 oktyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

O, Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qaibov, ev 10 ünvanında dövlət qeydiyyatına alınıb və 2000 manat nizamnamə kapitalına sahibdir.

Şirkətin İdarə Heyətinin sədri Elvin Yolçiyev Tariyel oğludur. Elvin Yolçiyev bundan öncə “Global Leasing” QSC-nin rəhbəri idi. Onu bu vəzifədə Emin Novruzov əvəz edib.

 

Son xəbərlər
Digər xəbərlər
X