Yeni sədr rəisi vəzifəsindən azad etdi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) daha bir kadr dəyişikliyi olub.

Bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu işdən azad edilib.

ASCO-dan bildirilib ki, Taqət Qurbanov Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

Hazırda bu vəzifəyə təyinat yoxdur.

Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib. Ötən ay sədr müavinləri Nəzrəddin Murad oğlu Əhmədzadə və Tariyel Taleh oğlu Mirzəyev də vəzifələrindən azad olunublar.

MənbəUNİKAL
Son xəbərlər
Digər xəbərlər