“Mercedes-Benz” şirkəti istehsalından cəmi dörd ay keçən 1,4 min yeni “S-Class” modelini geri çağırır.
“Business Insider”in məlumatına görə, bu addıma səbəb avtomobilin sükanının idarəetmə mexanizmində nasazlıqlardır.
Konsern bildirib ki, sükanın idarəetmə mexanizmi “S-Class”ın sürülməsinə uyğun deyil və avtomobil qəzalarının riskini artırır.
Şirkət “S-Class 2021” sahiblərinə müraciət edərək, təcili olaraq rəsmi dilerlərə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirmələrini tövsiyə edib. Ehtiyac olarsa sükanın idarəetmə mexanizmi tam dəyişdiriləcək. Xidmət və dəyişdirilmə pulsuz həyata keçiriləcək.
Yeni S-500 4MATIC Luxury Line sələfindən 15 550 dollar daha bahadır və qiyməti 109 800 dollardan başlayacaq. Ən bahalı variant S580 4Matic Executive Line “S-Class”ın qiyməti isə 131 450 dollardan başlayır, sonradan Mercedes-Maybach S-Class da yeni “S-Class 2021” xəttinə qoşulacaq.