27 C
Baku
Sunday, July 6, 2025

Yeni salınacaq yaşayış məhəlləsi üçün 13 milyon manatlıq iş 3 şirkətə verildi

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 3 şirkətlə müqavilə bağladı.

Banker.az xəbər verir ki, bu şirkətlər “Bakelektro” ASC, “Tunel-Metro İnşaat” MMC, “Konsept Holding” MMC-dir.

Müqavilələrdə müvafiq olaraq Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi, zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin qaz təchizatı şəbəkəsinin tikintisi, yeni yaşayış məhəlləsində abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi nəzərdə tutulub.

“Bakelektro” ASC ilə bağlanan müqavilənin məbləği 4 milyon 300 min manat, “Tunel-Metro İnşaat” MMC ilə bağlanan müqavilənin məbləği 4 milyon 865 min 721 manat, “Konsept Holding” MMC ilə bağlanan müqavilənin məbləği isə 3 milyon 824 min 98 manatdır.

Yeni yaşayış məhəlləsi üçün 3 şirkətlə bağlanan müqavilənin ümumilikdə məbləği isə 12 milyon 989 min 819 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər