8 C
Baku
Bazar, Yanvar 23, 2022

Yeni şarj standartı elektromobilləri bir neçə dəqiqə ərzində tam şarj edə bilir

Müasir elektromobillərin ən böyük mənfi cəhətlərindən biri də odur ki, onlar gec şarj olunurlar. Bu sahədə lider texnologiya Tesla V3 şarj texnologiyası hesab edilir. Belə ki, onun maksimal gücü 250 kilovatt-a çata bilir. Yaponiyalı və çinli mühəndislər tərəfindən hazırlanmış yeni texnologiya isə bu göstəricini 2 dəfə artırır (500 kilovatt). Bu barədə Mydrivers saytı xəbər verib. Tesla V3 texnologiyası 5 dəqiqə ərzində elektromobili o dərəcədə şarj edə bilər ki, elektromobil 120 km yol qətt edə bilsin.

Beləliklə Tesla V3 vasitəsilə elektromobili tam şarj etmək üçün isə 10 dəqiqə vaxt lazım olacaq. China Electricity Council və Japan Electric Vehicle Fast Charger Association-un birgə hazırladıqları CHAdeMO 3.0 adlı yeni standart 10 dəqiqə ərzində elektromobili o dərəcədə şarj edir ki, elektromobil 200 km yol qətt edə bilsin. Sözügedən yeni standart elektormobillərin şarj olunması üçün olan milli Çin standartı (GB/T) ilə uyğunlaşa bilir. Bu isə o deməkdir ki, sözügedən texnologiyanın istifadəyə verilməsi halında ondan artıq bir çox istifadəçi yararlana biləcək.

Mənbə:Technote
Son xəbərlər
Oxşar xəbərlər