14 C
Baku
Thursday, May 2, 2024

Yeni şirkət yaradılıb, “Azersun”un baş direktoru M.Gouzal rəhbər təyin edilib

“Azersun Holding”ə yaxın daha bir yeni şirkət təsis edilib.

Banker.az xəbər verir ki, “Azersun Holdinq”in Kənd təsərrüfatı üzrə baş direktoru , İran İslam Respublikası vətəndaşı Məhəmməd Gözəlin (Mohammad Gouzal) rəhbəri olduğu “Mona” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505662861) dövlət qeydiyyatına alınıb.

“Mona” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev.58C m.2 ünvanında  5 000 manat nizamnamə kapitalı ilə yaradılıb.

Məhəmməd Gözəl, həmçinin 2021-ci ilin fevralında yaradılmış “Binə Plastik Zavodu” MMC-nin də qanuni təmsilçisi kimi təqdim edilir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər