17 C
Baku
Saturday, April 13, 2024

Yeni strateji dövrdə PASHA Bank Georgia korporativ müştərilər üçün əsas seçimlərdən birinə çevrilməyi hədəfləyir

2023-cü il PASHA Bank Georgia üçün çox uğurlu il oldu. Yaxın tarixdə ilk dəfə olaraq bank gəlirliliyə nail olub və ili 1,7 milyon lari xalis mənfəətlə başa vurub. Bankın əməliyyat gəlirləri 30% artaraq 2023-cü il üçün 42 milyon lari təşkil edib. Bu nəticə, ili 336 milyon lari portfel ilə başa vuran korporativ və kommersiya biznesinin səyləri nəticəsində əldə olunmuşdur. İllik müqayisədə depozit portfeli üzrə artım 16 milyon lari təşkil edib. Bu isə onu göstərir ki, müştərilərimizin PASHA Bank brendinə inamı hər il ehemiyyetli derecede artır.

2024-cü ildə PASHA Bank Georgia yeni üç illik strateji dövrə qədəm qoydu. Gürcüstan bazarında 10 illiyini yenicə qeyd edən bank 2024-2026-cı illər üçün yeni strategiyaya əsasən korporativ biznesini genişləndirməyə diqqət yetirəcək.

PASHA Bank müştərilərinin ehtiyaclarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək və Gürcüstan iqtisadiyyatının inkişafına töhfə verməklə korporativ müştərilər üçün əsas seçimlərdən birinə çevrilməyi hədəfləyir.

Növbəti strateji dövrdə bank pərakəndə biznes sahəsi üzrə dəyişikliklər həyata keçirərək  kütləvi pərakəndə kreditləşməni dayandırmaq və rəqəmsal xidmətlərin göstərilməsini davam etdirmək qərarına gəlib.

Bu məqsədlərə nail olmaq üçün bank hər zaman olduğu kimi insan kapitalına investisiya qoymağa və öz əsas dəyərlərinə sadiq qalmağa davam edəcək.

Son xəbərlər
Digər xəbərlər