11 C
Baku
Friday, April 18, 2025

Yeni tədris ilindən “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq

Yeni tədris ilindən “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilir:

“Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq olunanda  məktəblərin də adları məlum olacaq”.

E.Əmrullayev həmçinin xatırladıb ki, layihənin əsas məqsədi paytaxt məktəblərinə gedən uşaqlar üçün yol-nəqliyyat sistemində sıxlığın qarşısını almaqdır

Son xəbərlər
Digər xəbərlər