-1 C
Baku
Sunday, December 15, 2024

Yeni təqdim edilən “Xiaomi” elektromobili “Tesla” və “Porsche”dən ucuz olub

“Xiaomi” ilk avtomobilinin qiymətini açıqlayıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Məlumata görə, sözügedən SU7 avtomobili 29.9 min dollardan başlayan qiymətə bir neçə modifikasiyada satışa çıxacaq.

Avtomobilin baza versiyası 299 at gücündə elektrik mühərriki olan SU7 sedanı olacaq. Bu modelin qiyməti 215.9 min yuan və ya 29.9 min dollardan başlayacaq. Flaqman sayılan SU7 Max modifikasiyası 673 at gücündə ikimühərrikli olacaq və qiyməti 299.9 min yuan və ya 41.5 min dollar təşkil edəcək.

Çin bazarında “Xiaomi” modeli “Tesla” və “Porsche” elektrik avtomobillərindən daha ucuz olacaq.

“Xiaomi”nin texnoloji tərəfdaşı “BAIC Group” avtomobil konserni olacaq. SU7 elektromobilinin istehsalı “Beijing Automotive Industry Holding” zavodunun müəssisələrində başlayacaq. “Xiaomi SU7″nin satışına 2024-cü ilin birinci yarısında başlanacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər