11 C
Baku
Saturday, November 16, 2024

Yeni texnologiyalar nağdsız dövriyyəni sürətlə artıracaq

Müxtəlif sorğuların iştirakçıları əmindirlər ki, nağd pullar ödəniş bazarında öz pozisiyasını qoruyub saxlaya bilməyəcək və öz populyarlığını itirməyə davam edəcək. Britaniyalıların 39%-i belə hesab edirlər ki, yaxın 10 il ərzində nağd pullardan tamamilə imtina etmək mümkün olacaq. 48% isə belə hesab edir ki, nağd pullardan tamamilə imtina etməyə 20 il lazım olacaq.

Burada yaranan əsas sual kredit kartlarından başqa hansı texnologiyaların ənənəvi kağız pulları əvəz edəcəyidir.

Britaniyanın Lloyds Bank bankı Böyük Britaniyanın 2000 yaşlı sakini arasında araşdırma aparmış və onların alternativ ödəniş alətləri barədə tərcihlərini öyrənmişdir.

Sorğuda iştirak edənlərin əksəriyyəti əvvəlki kimi plastik kartlara (63%), həmçinin pul vəsaitlərinə (52%) üstünlük verir.

Bununla yanaşı, britaniyalı istehlakçıların dörddə birindən çoxu (27%) belə düşünür ki, onlar yaxın 10 il ərzində nağd pullardan imtina edəcək və saat və qolbaq qismində olan ödəniş alətlərindən istifadə edəcəklər.

22% isə ödəniş etmək üçün barmaq izlərindən istifadə edəcəyini düşünür.

Son xəbərlər
Digər xəbərlər