Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası iyunun 11-də keçiriləcək. Bununla bağlı qərar bugünkü iclasda qəbul edilib.
Bundan başqa, kreditorlar Bankdakı son vəziyyətlə əlaqədar bir daha dövlət başçısına, eləcə də bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmiş Zahid Oruca müraciət etməyə qərar veriblər. Bununla da iclas başa çatıb.