10 C
Baku
Thursday, December 12, 2024

Yeni virus Ukraynada da ortaya çıxdı

Ukraynada koronavirusun mutasiyaya uğramış yeni növü ortaya çıxıb.

Bu barədə yoluxucu xəstəliklər üzrə həkim Viktor Petrov məlumat verib.

“B.1.1.7 SARS-CoV-2” virusu Çexiyadan Ukraynanın Zakarpatya bölgəsinə gələn vətəndaşda aşkarlanıb.

“Xəstənin adı Nikolaydır və onda yeni virus aşkarlanıb. Bununla da, mutasiya olmuş yeni virus ortaya çıxmış oldu. Bu virus qrip və Hepatit C xəstəliyi kimi sürətlə yayılır”, – deyə Petrov qeyd edib.

Ukraynanın Avropa İttifaqındakı (Aİ) nümayəndəsi Nikolay Toçitskiy “Ukrayna Səhiyyə Nazirliyi Avropa Sağlamlıq Təhlükəsizliyi Komissiyası və Avropa Komitəsi ilə İngiltərədə ortaya çıxan virusun mutasiya növü ilə əlaqədar gündəlik məlumat mübadiləsi aparır və ünsiyyətdədir. Mövzu birbaşa Səhiyyə Nazirliklərinin mütəxəssisləri tərəfindən müzakirə edilir”,- deyə bildirib.

Qeyd edək ki, mutasiyaya uğramış yeni növ virus indiyə qədər İngiltərə, Danimarka, Niderland, Avstraliya, Cənubi Afrika və İtaliyada aşkar edilib.

Son xəbərlər
Digər xəbərlər