6 C
Baku
Monday, March 2, 2026

Yeni Xiaomi 17 və 17 Ultra flaqmanları təqdim edilib — Qiymətlər €999 və €1499-dan başlayır

Xiaomi yeni 17 və 17 Ultra flaqman smartfonlarını təqdim edib. Təqdimat Barselonada keçirilən Mobile World Congress sərgisində baş tutub. TechCrunch-ın yazdığına görə, smartfonlar Snapdragon 8 Elite Gen 5 prosessoru və f/2.2 diafraqmalı 50 MP ön kamera ilə təchiz olunub. Cihazlar artıq Avropa və Böyük Britaniyada sifariş üçün əlçatandır.

12 GB operativ və 256 GB daxili yaddaşa malik Xiaomi 17 modelinin qiyməti €999-dur Xiaomi 17 Ultra modelinin qiyməti isə €1499-dan başlayır.

Xiaomi 17 Ultra-nın əsas xüsusiyyəti 200 MP-lik telefoto kamerasıdır. Akkumulyatorun tutumu 6000 mA·s təşkil edir. Qurğu 120 Hz yenilənmə tezliyinə malik 6,9 düymlük OLED ekran və Shield Glass 3.0 qoruyucu şüşə ilə təchiz edilib.

Xiaomi həmçinin 12 düymlük təkərlərə, 1200 Vt gücündə mühərrikə və 75 km-ə qədər yürüş məsafəsinə malik Electric 6 Ultra elektrik skuteri təqdim edib. Qiymət komplektasiyadan asılı olaraq €329-dan €799-dək dəyişir.

5271708980591923552

Xatırladaq ki, Çində Xiaomi 17, 17 Pro və 17 Pro Max modelləri 2025-ci ilin sentyabrında təqdim edilib. Xiaomi 17 modelinin qiyməti 4499 yuandan başlayır.

Son xəbərlər
Digər xəbərlər