“Sumqayıt Kimya Sənaye Parkı” MMC “Azin Construction” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Sumqayıt Kimya Sənaye Parkının 167,66 hektar və 94,13 hektar ərazilərinin, Pirallahı Sənaye Parkının şəhərsalma əsaslandırılması layihələrinin, habelə Ağdam Sənaye Parkının və Yevlax rayonu ərazisində yaradılacaq pilot aqroparkın fəaliyyətinin təşkili ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 965 600 manatdır.