“PMD Agro Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “AGRO Food İnvestments” MMC-yə qoşulur.
Banker.az xəbər verir ki, “AGRO Food İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyəti “PMD AGRO Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Xatırladaq ki, “PMD Group” tərkibindən ayrılma nəticəsində “PMD Agro Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyəti və “PMD Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir. “PMD AGRO Əmlak”ın nizamnamə kapitalı 66 199 313 manatdır və qanuni təmsilçisi Ruslan Mikailovdur. Ötən ilin noyabrında yaradılıb.
Onu da qeyd edək ki, “AGRO Food İnvestments” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 203 869 500 manatdır və qanuni təmsilçisi Məcnun Məmmədovdur.