9 C
Baku
Thursday, December 12, 2024

Yeni yaradılan lisenziyasız BOKT səhm bazarına girir

2019-cu ilin noyabr ayında yaradılan Bank olmayan kredit təşkilatı “Azkredit” MMC-dən açıqlama gəlib ki, səhmdar cəmiyyətə çevriləcək. Bu barədə Banker.az həmin BOKT ötən gün açıqlamalı olduğu məlumata istinadən bildirir.

Məlumata görə BOKT “Azkredit” bundan sonra açıq səhmdar cəmiyyəti (ASC) təşkilatı formasında işini davam etdirəcək.

BOKT ləğv prosesində olan BOKT “Vijn Fond Azərkredit” MMC-nin bazasında yaradılıb. Bu kredit təşkilatı borclu ilə bağlamış olduğu kredit müqavilələri üzrə əldə etdiyi və 04 dekabr 2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ Bank olmayan kredit təşkilatı “Azkredit” Məhdud Məsuliyyətli Cəmiyyətinə  keçib.

Hazırda maliyyə bazarının iştirakçı lisenziyasını verib-alma mandatına sahib Azərbaycan Mərkəzi Bankı isə yeni yaradılmış BOKT “Azkredit”-ə lisenziya təqdim etməyib.

Kredit təşkilatının 300 min manat nizamnamə kapitalı var. Quruma qanuni təmsilçiliyi Ceyhun Əliyev Məmmədəli oğlu edir.

Son xəbərlər
Digər xəbərlər