“Mojo AZ Bank Olmayan Kredit Təşkilatı” MMC 20 noyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Banker.az xəbər verir ki, BOKT-un nizamnamə kapitalı 300 000 manatdır və qanuni təmsilçisi Ruslan Köçərli Zaməddin oğludur.
“Mojo AZ Bank Olmayan Kredit Təşkilatı” MMC-nin Müşahidə Şurasının üzvləri Zemits Igors, Tambors Raivo, Ansviesulis Matissdir.
BOKT-un hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Şərifzadə, ev 58, m. 19 ünvanıdır.