27 C
Baku
Saturday, July 27, 2024

Yeni yaradılan “PMD Əmlak”ın fəaliyyətinə xitam verilir

“PMD ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “FOTON” MMC-yə qoşulur.

Banker.az xəbər verir ki, “FOTON” Məhdud Məsuliyyətli Cəmiyyəti “PMD ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

Xatırladaq ki, “PMD Group” tərkibindən ayrılma nəticəsində “PMD Agro Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyəti və “PMD Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir.

Onu da qeyd edək ki, “PMD ƏMLAK” MMC bu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Ruslan Mikailovdur.

Son xəbərlər
Digər xəbərlər