35 C
Baku
Thursday, June 20, 2024

Yeni yaradılmış müəssisə və təşkilatların 63%-i Bakıda qeydiyyatdan keçib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6 088 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3% artıb.

Dövlət Statistika Komitəsindən APA verilən məlumata görə, yeni müəssisə və təşkilatların 63,3%-i Bakıda, 11,2%-i Aran, 7,6%-i Abşeron, 4,8%-i Lənkəran, 4,6%-i Gəncə-Qazax, 3,3%-i Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, bu ilin yanvar-sentyabr aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 83 094 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8% artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər