22 C
Baku
Sunday, June 26, 2022

Yeni yaranan sığorta şirkəti ilk ilini zərərlə başa vurdu

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2020-ci ili 221 min manat zərərlə başa vurub.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə sığorta şirkətinin cəmi gəlirləri 6 min manat, xərcləri isə 227 min manat təşkil edib.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin cəmi aktivləri 1 milyon 997 min manat, cəmi öhdəlikləri 31 min manat, cəmi kapitalı isə 1 milyon 967 min manat olub.

Qeyd edək ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

Son xəbərlər
Oxşar xəbərlər