İndiyədək Azərbaycan ərazisində 108.631 ədəd nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
“Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”- deyə, hesabatda bildirilir.
2025-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yaxud 12,7 faiz çoxdur.
2025-ci il oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,8 faiz artaraq 837,8 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,7 faiz artaraq 56,9 min olub. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 faiz artıb və 228,5 min təşkil edib.