9 C
Baku
Sunday, November 17, 2024

Yeni Zelandiya AUKUS-a qoşulmaq istəmədiyini bildirib

Yeni Zelandiya AUKUS üçtərəfli alyansına qoşulmaq niyyətində deyil.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Yeni Zelandiyaya AUKUS-a qoşulmaq üçün heç bir dəvət yoxdur və bunu etmək planımız da yoxdur”,- deyə məlumatad bildirilir.

Nazirlik bildirib ki, Vellinqton AUKUS-a qoşulmaq niyyətində olmasa da, onun bu birliyin bütün üzvləri ilə müdafiə və təhlükəsizlik sahəsində məlumat mübadiləsi mexanizmləri var.

“Bu kontekstdə biz artıq Böyük Britaniya, ABŞ və Avstraliya ilə AUKUS-un inkişaf planlarına daxil olan kibertəhlükəsizlik kimi sahələrdə yaxından işləyirik. Biz bu sahələrdə necə qarşılıqlı fəaliyyət göstərə biləcəyimizi müzakirə etməyə davam edəcəyik”, – deyə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər