Yeni Zelandiya hökuməti Ukraynadakı vəziyyətə görə Rusiyanın 48 vətəndaşına qarşı yeni sanksiyalar paketi qəbul edib.
Bu barədə ölkənin xarici işlər naziri Nanaiya Maxuta bildirib.
“Yeni Zelandiya Kremlin Ukraynanın işğal edilmiş ərazilərini idarə etmək üçün təyin etdiyi məmurlara qarşı sanksiyalar tətbiq edəcək. Yeni məhdudlaşdırıcı tədbirlər Donetsk və Luqansk administrasiyalarındakı siyasi və hərbi xadimlərə qarşı yönənib və bunlar 48 vəzifəli şəxs və bir hüquqi şəxsə aiddir”, – nazirin bəyanatında deyilir.
Qeyd edək ki, indiyədək Yeni Zelandiya Rusiya Prezidenti Vladimir Putin və Dövlət Duması deputatları, həmçinin 93 böyük müəssisə və təşkilatlar daxil olmaqla, 800-dən çox Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.