7 C
Baku
Thursday, December 12, 2024

Yeni Zelandiya dünyadan yardım istəyib

Yeni Zelandiya hökuməti ölkədə baş verən “Gabrielle” siklonunun nəticələrini aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyətdən yardım istəyib.

Bu barədə məlumatı ölkənin Baş naziri Kris Hipkins açıqlayıb.

Onun sözlərinə görə, Yeni Zelandiya ekstremal şərtlərlə üzləşdiyindən beynəlxalq yardımla bağlı təkliflər qəbul edir.

Qeyd edək ki, fevralın 13-ü “Gabrielle” siklonu Yeni Zelandiyada bir çox fəsadlar törədib.

Ölkədə yaşayış məntəqələrini su basıb, 9 mindən çox sakin təxliyə mərkəzlərinə yerləşdirilib. Bununla yanaşı, bəzi yol və körpülər dağılıb. Təbii fəlakət nəticəsində 1-i uşaq olmaqla azı 4 nəfər həlak olub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər