7 C
Baku
Sunday, December 15, 2024

Yeni Zelandiya İrana qarşı sanksiyaları genişləndirib

Yeni Zelandiya İrana qarşı tətbiq etdiyi sanksiyaları daha da genişləndirərək 8 nəfər hüquqi şəxsin adını siyahıya əlavə edib.

Bu barədə yeni Zelandiyanın xarici işlər naziri Nayana Mohata məlumat verib. O bildirib ki, İran təcavüzkarı dəstəklədiyinə görə bir sıra hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq olunub. Sanksiyalar siyahısına İranın Müdafiə Nazirliyinin rəsmi şəxslərinin və pilotsuz uçan aparat (PUA) istehsal edən şirkətlərin rəhbərlərinin adları əlavə olunub.

Nazir qeyd edib ki, ötən ilin sentyabrında İranın əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq həyatını itirən Məhsa Əmininin ölümü ilə əlaqədar da Yeni Zelandiya hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi. Həmin vaxt yeni Zelandiya İranı insan hüquqlarını kobudcasına pozmaqda ittiham etmiş, əxlaq və təhlükəsizlik polisinin rəhbərlərinin adlarını sanksiyalar siyahısına əlavə etmişdi.

Ümumilikdə Yeni Zelandiya İranın 37 vəzifəli və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. Sanksiyalar siyahısına düşən şəxslərin Yeni Zelandiyaya girişi qadağan edilib, eləcə də təmsil etdikləri şirkətlərin ölkə banklarındakı aktivləri dondurulub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər