10 C
Baku
Saturday, November 23, 2024

Yeni Zelandiya İrana sanksiya tətbiq edib

Yeni Zelandiya Ukraynadakı müharibədə Rusiyaya pilotsuz uçuş aparatları tədarük etdiyinə görə 4 iranlı şəxsə və 2 quruma sanksiya tətbiq edib.

Bununla bağlı Yeni Zelandiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Sanksiya siyahısına salınan şəxslər “Quds Air Industries Company” (SEPAH Aerokosmik Qüvvələri ) şirkətinin baş direktoru Qasim Dəmavandian, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Təngsiri, İranın əsas dron istehsalçısı “Paravar Pars” şirkətinin baş direktoru Hüseyn Şəmsabadi və Selin Texniki Şirkətinin sahibi Əsgər Mahmudidir.

Yeni Zelandiya hökuməti həmçinin Rusiyanı pilotsuz uçuş aparatları ilə təmin etməkdə oynadıqları rola görə İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələri və Səfiran Hava Limanı Xidmətləri Şirkətinə sanksiyalar tətbiq edib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər