18 C
Baku
Thursday, October 17, 2024

Yeni Zelandiya koronavirusa qalib gəldi

Yeni Zelandiya pandemiyaya qalib gəlib: COVID-19 koronavirusuna yoluxanların hamısı sağalıb. Banker.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Casinda Arden məlumat verib. Qeyd edildiyi kimi, koronavirus pandemiyasının bitməsi ilə əlaqədar olaraq, hökumət bütün məhdudlaşdırıcı tədbirləri ləğv edir.

“Biz Yeni Zelandiyada yayılmasının qarşısını aldığımıza əminik. Sadəcə bunun vaxtı gəlib çatıb deyə yox, davamlı səylər sayəsində”, – Ardern bildirir.

Bildirilir ki, Yeni Zelandiyaya gələnlər koronavirus testindən keçəcəklər.

Xatırladaq ki, ölkədə karantin rejimi 75 gün davam edib. Yeni Zelandiyanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ümumilikdə indiyədək 1154 nəfər yoluxub, onlardan 22 nəfər dünyasını dəyişib. Son yoluxma halı 17 gün əvvəl qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər