Yeni Zelandiya koronavirus epidemiyasına qalib gəldiyini elan edib.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Epidemiyanın ilk günlərindən sərhədlərini bağlayan və sərt tədbirlər görən ölkədə ötən gün sadəcə, bir yeni yoluxma halı qeydə alınıb. Ölkədə sabahdan etibarən səhiyyə xidmətləri və təhsil sahəsindəki bəzi məhdudiyyətlər aradan qaldırılır.
Ölkənin sərhədləri isə açılmayacaq və digər tədbirlər də qüvvədə qalacaq.
“Bütün bunları vaxtında etməsəydik, gündə orta hesabla min yeni yoluxma qeydə alınacaqdı. Kollektiv səylərimizlə başımıza gələ biləcək ən pis bəlanı dayandırdıq və savaşı qazandıq”, – deyə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bildirib.
©Oxu