3 C
Baku
Tuesday, February 11, 2025

Yeni Zelandiya “qızıl viza” proqramının şərtlərini sadələşdirir

Yeni Zelandiya hakimiyyəti əcnəbilərin ölkə iqtisadiyyatına sərmayə yatırmaq müqabilində yaşayış icazəsi ala biləcəyi “qızıl viza” proqramının şərtlərini sadələşdirir, bu barədə “Bloomberg” yazır.

Aprelin 1-dən etibarən “Golden Visa”ya müraciət edənlər ingilis dili imtahanı verməyəcəklər. Bundan əlavə, investisiya həcmi kateqoriyalarının sayı ikiyə endirilib, investisiya variantları genişləndirilib.

Birinci kateqoriya birbaşa və ya ən azı 5 milyon Yeni Zelandiya dolları (2.8 milyon ABŞ dolları) məbləğində idarə olunan fondlara investisiya etməyi tələb edir. Bu halda investor Yeni Zelandiyada cəmi 21 gün keçirməlidir. İkinci kateqoriya istiqrazlara, səhmlərə, mənzillərə, ticarət və ya sənaye daşınmaz əmlakına ən azı 5.7 milyon dollar investisiya etməyi nəzərdə tutur. Bu halda investor ölkədə ən azı 105 gün qalmalıdır.

Qeyd edək ki, Yeni Zelandiyanın qızıl viza proqramı çox populyardır və ölkəyə ildə orta hesabla 570 milyon dollar gəlir gətirir. Bununla belə, 2022-ci ildə onun tələbləri sərtləşdirilib və o vaxtdan bəri səlahiyyətlilər proqramda iştirak etmək üçün yalnız 43 müraciəti təsdiqləyiblər.

Son xəbərlər
Digər xəbərlər