17 C
Baku
Sunday, October 6, 2024

Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarusa qarşı əlavə sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Yeni sanksiyalar beş fiziki şəxsə və altı quruma tətbiq edilib.

Qeyd olunub ki, sanksiyalar Rusiyanın “Zaporojye” AES-i işğalında, Rusiya hərbi-sənaye kompleksində iştirak edən subyektlərə, habelə dəstək verən Belarus fiziki və hüquqi şəxslərinə qarşı yönəlib.

2022-ci ilin mart ayından etibarən Yeni Zelandiya 1,7 mindən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar, habelə Rusiyaya qarşı bir sıra ticarət tədbirləri tətbiq edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər