17 C
Baku
Monday, May 6, 2024

Yeni Zelandiya Rusiyanın 18 maliyyə təşkilatına qarşı sanksiya tətbiq edib

Yeni Zelandiya Rusiyanın ən böyük bank və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edir.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Verilən məlumata görə, bu, Ukraynadakı vəziyyətlə əlaqəli olub. Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Maxuta məlumat verib.

“Yeni Zelandiya Rusiya Mərkəzi Bankı və Milli Rifah Fondu da daxil olmaqla ölkənin 18 maliyyə institutuna, eləcə də Rusiya Federasiyasının ümumi bank aktivlərinin təxminən 80%-nə sahib olan bir sıra digər iri maliyyə institutlarına qarşı sanksiyalar tətbiq edir”, – mesajda bildirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər