28 C
Baku
Wednesday, July 24, 2024

Yeni Zelandiya Rusiyaya növbəti dəfə sanksiya tətbiq edib

Yeni Zelandiya hökuməti Rusiya və Belarus müəssislərinə və vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Bunu iyulun 21-də Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta deyib.

O bildirib ki, Yeni Zelandiya Ukraynanı dəstəkləyir və Moskvanın bu ölkədəki hərbi əməliyyatlarına töhfə verən Rusiya vətəndaşları və müəssisələrinin fəaliyyətini qınayır.

Nazirin sözlərinə görə, ukraynalı uşaqların ailələrindən ayrılması və Rusiyaya deportasiyasında iştirak edən Rusiyanın 3 vətəndaşına və Belarusun 3 vətəndaşına maliyyə məhdudiyyətləri tətbiq ediləcək.

O bildirib ki, yeni sanksiya siyahısına Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə etdiyi silahlar, elektron komponentlər və texnologiyalar hazırlayan, istehsal edən və ya satın alan hərbi-sənaye kompleksinin 11 müəssisəsi də daxildir: “Sanksiyalar Belarusun 6 müəssisəsinə, o cümlədən Rusiyaya dəstək verən maliyyə və kredit təşkilatlarına şamil ediləcək”.

Xatırladaq ki, Yeni Zelandiya Ukraynada müharibə başlayandan bəri Rusiyaya qarşı 23 dəfə sanksiya tətbiq edib.

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər