6 C
Baku
Sunday, December 15, 2024

Yeni Zelandiya Rusiyaya qarşı fərdi sanksiyaları genişləndirib

Yeni Zelandiya referendumlarla bağlı Rusiyadan olan 2 şirkət, 51 iş adamı və 24 məmura qarşı sanksiya tətbiq edib. Belə ki, “Qazprombank”ın idarə heyətinin sədri Andrey Akimov, “Lukoyl”un eks-prezidenti və keçmiş baş direktoru Vahid Ələkbərov, habelə Ukraynanın Rusiyaya birləşdirilmiş ərazilərindən olan məmurlar məhdudiyyətlər altına düşüb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeni Zelandiya şərab və dəniz məhsulları, rus arağı və kürüsü də daxil olmaqla dəbdəbəli malların ixracı və idxalına qadağa, o cümlədən neft-qaz sektorunda sanksiyalar tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər