11 C
Baku
Wednesday, December 11, 2024

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Ölkənin xarici işlər naziri Nanaya Mahutanın elan etdiyi yeni sanksiyalar paketinə Rusiya ordusu, Rusiya Dəmir Yolları, “Soqaz” və Rusiyanın müdafiə müəssisələri daxildir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, iyun ayında Yeni Zelandiya hökuməti Rusiya və Belarusdan olan “Qazprom” və digər 43 təşkilata qarşı sanksiya tətbiq etdiyini açıqlamışdı. Mart ayında Yeni Zelandiyanın sanksiya siyahısına Rusiyadan olan 100 nəfər, o cümlədən prezident Vladimir Putin və bir sıra yüksək vəzifəli məmurlar daxil edilib. İyulun 30-da Rusiya Xarici İşlər Nazirliyi diplomatik departamentin məlumatına görə, “rusofobik gündəm” formalaşdıran 32 Yeni Zelandiya vətəndaşının ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağa qoyub.

Son xəbərlər
Digər xəbərlər