Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə məlumat Yeni Zelandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.
Ölkənin XİN rəhbəri Uinston Peters Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiq olunduğunu açıqlayıb:
“Yeni Zelandiya hökuməti Rusiya Federasiyasının 45 fiziki və 16 hüquqi şəxsinin daxil edildiyi yeni sanksiyalar paketini tətbiq edib”.
Bununla yanaşı, ölkə Rusiya neftinə də maksimum qiymət limitləri təyin edib və üçüncü ölkələr vasitəsilə Rusiya ilə Belarusa bir sıra malların ixracına qadağa qoyub.