Yeni Zelandiya ölkənin sərhədlərini vaxtından əvvəl, iyulun 31-də açmağa qərar verib.
Bu barədə Baş nazir Casinda Ardern bildirib.
“Beynəlxalq sərhədlər turistlərə və vizası olanlar nəzərdə tutulandan daha əvvəl – 31 iyulda açılacaq. Bu vaxta qədər aviadaşıyıcılar və turizm büroları işlərini qaydaya sala biləcəklər” – deyə Ardern qeyd edib.
Baş nazir həm də miqrasiya siyasətinin yumşaldılacağını bildirib.