Ölkədə fəaliyyət göstərən “Yaşıl partiya” (“Taonga Levy”) parlamentdə infrastruktur və ekoloji təşəbbüslər üçün xərclərin maliyyələşdirilməsi məqsədilə kənardan gələn turistlərdən vergi tutulması barədə təklif irəli sürüb.

Qeyd edək ki, hazırda Yeni Zelandiyada turistlərdən vergi tutulur. Yeni təklif həmin vergiyə 14-18 Yeni Zelandiya dolları (16-20 manat) əlavə edilməsini nəzərdə tutur. Təklifdə bildirilir ki, bu vergi yalnız ölkəyə gələn xarici vətəndaşlardan tutulacaq. Gözlənildiyinə görə, qarşıdakı altı il ərzində bu ölkəyə gələn əcnəbi turistlərin sayı illik 4,5 milyon nəfərə çatacaq. Əlavə vergidən gələcək daxilolmaların 70:30 nisbətində bölünməsi təklif edilir: qanun qəbul olunsa, əldə edilən vəsaitin 70 faizi təbiətin qorunmasına, 30 faizi isə turizm infrastrukturunun maliyyələşdirilməsinə yönəldiləcək.

©Vergilər.az