Yeni Zelandiya Pul Siyasəti Komitəsi uçot dərəcəsini 50 baza bəndi artırıb. Bu, faiz dərəcəsində ardıcıl yeddinci artımdır, 3% – 2015-ci ildən bəri ən yüksək səviyyədir.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni Zelandiya Bankı baza dərəcəsinin daha da artacağını proqnozlaşdırır: bu ilin noyabrına qədər o, 3.75%-ə çatacaq və 2023-cü ilin birinci yarısında bu səviyyədə qalacaq.
Tənzimləyici inflyasiyanın azalacağını proqnozlaşdırır: bu ilin sentyabrına kimi onun 6.4%-ə düşəcəyi, 2024-cü ilə qədər isə 1%-dən 3%-ə qədər olan intervala qayıdacağı gözlənilir. İndi Yeni Zelandiyada inflyasiya 7.3% təşkil edir.