Yeni Zelandiya Ukraynaya 10 milyon dollar məbləğində yardım göndərəcək.
Bu barədə məlumat adı çəkilən ölkənin hökumət portalında yerləşdirilib.
Qeyd olunub ki, həmin məbləğin 6.1 milyonu humanitar, 3.6 milyonu hərbi məqsədlərə yönəldiləcək.
Maliyyə dəstəyinin yerdə qalan hissəsi isə ordunun şəxsi heyətinin tibbi ehtiyaclarına sərf olunacaq.