Yeni Zelandiya hökuməti koronavirusun yayılması səbəbilə yeni sanitar tədbirlər elan edib.
TASS agentliyi xəbər verir ki, bütün ölkə ərazisində 3, Oklend və Koromandel şəhərlərində isə 7 günlük sərt karantin rejimi qüvvədə olacaq.
Tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq, Oklend şəhərində bütün müəssisə, təşkilat və qurumlar bağlanır, ictimai tədbirlər ləğv edilir, məktəblər və ali təhsil müəssisələri distant təhsilə keçir. Şəhər sakinlərinə evdə qalmaq, küçədə, ictimai yerlərdə isə sosial məsafə saxlamaq, həmçinin maska taxmaq tövsiyə olunur.