14 C
Baku
Monday, May 6, 2024

Yeni Zelandiyada inflyasiya son 32 ilin ən yüksək səviyyəsinə çatıb

Yeni Zelandiyada istehlak inflyasiyasının səviyyəsi 12 ayda 7.3 faiz yüksəlib ki, bu da 1990-cı ildən bəri ən yüksək göstəricidir.

Bu barədə ölkənin statistika idarəsinin rüblük hesabatında qeyd olunub.

Bildirilib ki, inflyasiya səviyyəsinə ən çox tikinti materiallarının (18 faiz), mənzil-kommunal və məişət xidmətlərinin (7.3 faiz) və ərzaq məhsullarının (6.5 faiz) bahalaşması təsir göstərib. Avtomobil yanacağının qiymətində illik hesablamada artım 32 faiz təşkil edib.

2022-ci ilin birinci rübü ilə müqayisədə Yeni Zelandiyada istehlak qiymətləri 1.7 faiz artıb ki, bu da median qiymətləndirilməsindən 1.5 faiz çoxdur.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər