Azərbaycana Yeni Zelandiyadan idxal olunan kərə yağının qiyməti bahalaşıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Qeyd edilir ki, 2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana 4 568 tona yaxın kərə yağı idxal edilib. Bu da ölkənin bu yağ üzrə Y. Zelandiyan 28.86 mln. dollar xərci çıxıb.
Azərbaycan Y.Zelandiyadan fevrala qədər kərə yağının hər kiloqramını orta hesabla $6-dan ucuz aldığı halda, mart ayında qiymətlər $6-nın üzərinə çıxıb.
Ən çox bahalaşma isə iyul ayında qeydə alınıb. Kərə yağının bir kiloqramı Azərbaycana $7.48-ə (12.7 manat) qalxıb. Bu da son bir ayda 12 faiz bahalaşmadır.
Qeyd edək ki, bu yağların hər kiloqramı Azərbaycan bazarlarında 20 manata yaxın satılır – bu da ABŞ valyutası ilə ifadədə cari məzənnə ilə 11.8 dollar deməkdir.
Y.Zelandiyadan Azərbaycana yağ idxalı:
| 2022, ay | Miqdar, ton | Həcm, min dollar | $/kq |
| Yanvar | 443.9 | 2,582.4 | 5.82 |
| Fevral | 406.7 | 2,403.0 | 5.91 |
| Mart | 895.4 | 5,380.8 | 6.01 |
| Aprel | 997.2 | 6,176.2 | 6.19 |
| May | 711.5 | 4,635.2 | 6.51 |
| İyun | 816.7 | 5,470.5 | 6.70 |
| İyul | 296.2 | 2,216.2 | 7.48 |







