-1 C
Baku
Sunday, December 15, 2024

Yeni Zelandiyadan Rusiyaya qarşı növbəti sanksiya

Yeni Zelandiya hökuməti 87 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Bu barədə ölkənin Xarici İşlər naziri Nanaya Mahuta məlumat verib.

Onun sözlərinə görə, yeni sanksiya siyahısına digər məsələlərlə yanaşı, Rusiya Federasiyası MSK üzvləri, münaqişədə fəal rol oynayan hərbi qulluqçular və hərbi hissələrin komandirləri, habelə onların ailə üzvləri də daxildir. “Rusiyanın işğalına cavab olaraq Yeni Zelandiyanın Ukraynaya dəstəyi və gördüyü tədbirlərin miqyası misilsizdir, çünki Rusiya Federasiyasının hərəkətləri bütün dünyanın və ölkəmizin təhlükəsizliyinə və iqtisadi sabitliyinə təsir göstərir”, – o vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər