20 C
Baku
Saturday, November 1, 2025

Yenidən Tanzaniyanın prezidenti seçildi

Samiya Suluhu Həssən Tanzaniyada keçirilən seçkilərdə səslərin təxminən 98 %-ni toplayaraq qalib gəlib.

Bu barədə “Reuters” agentliyi ölkənin seçki komissiyasına istinadən məlumat yayıb.

S.Həssən 2021-ci ildən ölkənin prezidenti vəzifəsini tutur.

Agentliyin məlumatına görə, səsvermə ölkə boyu kütləvi etirazlar və iğtişaşlarla müşayiət olunub.

Agentlik əhalinin narazılığının səbəbi kimi prezidentin iki əsas rəqibinin seçkilərə buraxılmamasını, həmçinin müxalifətə qarşı təzyiqləri göstərir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər