21 C
Baku
Friday, September 30, 2022

Bu tətbiq vasitəsilə artıq smartfon bildirişləri kompüter ekranında əks olunacaq

    Microsoft şirkəti Your Phone adlı tətbiqi istifadəyə verdi. Bu tətbiq smartfondan olan bütün bildirişlərin kompüter ekranına əks olunması imkanını verir. Daha öncə isə bu özəllik yalnız Windows Insiders proqramının iştirakçıları üçün aktiv idi.

Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib. Your Phone tətbiqi vasitəsilə istifadəçi kompüter ekranında smartfon bildirişlərinə baxmaqdan əlavə onlarla minimal şəkildə qarşılıqlı əlaqədə ola bilər.

image 17364107584580

    Məsələn əgər siz smartfona gəlmiş hansısa mesajı kompüter vasitəsilə rədd etsəz həmin mesaj həmçinin smartfondan da silinəcək. Gələcəkdə Microsoft bu tətbiqə uzaqdan idarəetmə funksiyasını əlavə etməyi də planlaşdırır. Həmin funksiya sayəsində istifadəçi öz smartfonundakı emulyator ilə mesajlara cavab verə və ya başqa əməliyyatlar reallaşdıra biləcək. Your Phone tətbiqindən istifadə etmək üçün Windows 10 April 2018 yenilənməsinə sahib kompüter və Your Phone tətbiqinin ən son versiyası lazım olacaq.

©Technote

Son xəbərlər
Oxşar xəbərlər