İnnovasiyalar və onların sürətləndirilməsi haqqında fikirləşəndə ilk ağla gələn texnologiyalar olur. Amma qlobal iqtisadiyyat, infilyasiya, geopolitik mənzərə və baş verənlər heç də bunun doğru olmadığı qənaətinə gəlir. Əksinə müasir vaxtda inkişafa lazım olan ən böyük təməlin insan olduğu təsdiqləndi. 70 CEO arasında keçrilmiş mübadilə nəticəsində. Onların şirkətlərində yeniliklər, inkişaf əldə etmək üçün tətbiq etdikləri 3 strateji addım göstərilməkdədir.
- Yenilikləri lider olduğunuz komanda ilə birlikdə ərsəyə gətirin. İlk olaraq işçiləriniz üçün onların özünü rahat hiss edə biləcəyi mühit yaradın. Onlar da beyinlərini işlədərək sizə töhvə versinlər. Verilən hər bir ideyanı dəyərləndirin, qiymətli hesab edin və alqışlayın. Beyin fırtınasının məhsulunu görmək istəyən onun üçün sağlam şərait yaratmalıdır.
Çox şirkətdə yeniliklər olduqca darıxdırıcı və yorucu olur. Beyin məhsulu olmadan-bahalı avadanlıqlar, kağız qələmlə həyata keçrilir. Təbii ki, belə mühitdə məhsuldarlıqdan söhbət gedə bilməz.
İnnovasiyaların ən çox münbit olduğu ölkələrdən biri də BƏƏ, Abu-Dabidir. Burada bir yenilik həyata keçrildiyi zaman bütün departamen toplanır, yuxarıda sadalanan mühit yaradılır. Nəticə isə inanılmaz olur. Belə ki, 71 faiz biznes tələbləri azalır, 91 faiz isə avadanlıqlara xərclənən pula qənaət olunur. əlbəttə ki, bu şərait liderlik qabiliyyətlərini üzə çıxarmaqda əvəzsiz olur. Qazanan təbii şirkət olur.
- Liderlik zirvəsində indi lap çox təkdir, amma bu doğru yanaşma deyil. Niyəsə görə bəzi liderlər elə fikirləşirlər ki, onların ideyaları şirkət üçün yeganə çıxış yoludur. Halqanı genişləndirmək və liderlərin sayını artırıb, qorumaq üçün gərək mütləq şəkildə sağlam mühit yaradılsın. Özünə bərabərləriylə fikir mübadiləsi aparılsın. Yəni qısası sən tək deyilsən və tək olmamalısan.
- İrəli get və paranoyani hiss et, amma əmin ol ki, bu məhsuldarlığın əlamətidir, başqa heç nəyin. Bir gün Cef Bezons bütün sahələrdə ən yüksək göstəriciləri olmasına baxmayaraq belə demişdir “ Amazonun dağılması, yox olması qaçılmazdır, lakin bu mən yaşadığım müddətdə baş verməyəcəkdir”
Hazırda şirkətlər hər sahənin daha da sürətlə inkişaf etməsini istəyirlər. Bu, rəqabətdən irəli gəlir. Şirkət daxilində müxtəlif təlimlər həyata keçirirlər. yeni liderlər komandası yetişdirmək və rəqabətə daha hazırlıqlı olmaq üçün hücum taktikasına daha önəm verirlər.
Müəllif: Aliyə Nuruyeva