14 C
Baku
Sunday, November 24, 2024

Yenilikləri gözdən qaçırmamaq incəsənəti: menecer və sahibkarlar üçün dörd məsləhət

yenilikBu gün demək olar ki, hər bir biznes – ideyalar biznesidir. Top-menecerlər və sahibkarlar daim yeni ideyalar axtarışındadır, onların əsas məqsədi istehlakçıları təəccübləndirmək, məhsullarını yenidən nəzərdən keçirmək və ya kütlədən fərqlənməkdir. Lakin bəzən yeniliklər nəzərimizdən qaçır, bunun əsas səbəbi isə müasir insanın məşğulluq səviyyəsinin həddindən artıq yüksək olmasıdır: çoxsaylı iclaslar, mesajlar və məktublar.

Rob Walker dizayner, yazıçı və The Art of Noticing kitabının müəllifidir. Müəllifin sözlərinə görə, yaradıcı insanlar “başqalarının görə bilmədiyini görürlər”, ona görə də o tələbələrinə “diqqətli olmağı” öyrədir. Rob Walker elə hesab edir ki, “tələbələr nəyə diqqət edib-etmədiklərini müəyyən etməyi bacarmalıdırlar, bu bacarığın məhz nə üçün vacib olduğunu başa düşməlidirlər”.

Walker öz kitabında rəssamlar, dizaynerlər və rejissorlar üçün müxtəlif praktiki çalışmalar təklif edir. Lakin, yaradıcılıq yalnız “yaradıcı insanların” əlində qalmaq üçün çox vacib komponentdir. Bu kitabı oxuduğum dövrdə görüşdüyüm ən ixtiraçı iş adamları haqqında düşünməyə başladım. Mənə maraqlı olan o idi ki, onlar digər insanların görə bilmədiyini necə görürlər? Sonda mən müşahidə bacarığını inkişaf etdirməyə kömək edə biləcək dörd üsul ayırıb seçdim.

İşinizi “tarlada” təşkil edin. Bir neçə il bundan əvvəl mən “hedge-fond” nun rəhbəri olan Tom Browne və onun əməkdaşları ilə bir gün keçirtdim. Browne bankçılıq və maliyyə sektorlarına investisiyalar edir, buna görə də o, vaxtının çox hissəsini CEO və maliyyə direktorları ilə keçirir. Lakin ildə bir dəfə Tom Browne hər şeyə fərqli bucaq altında baxır, iş kostyumunu dəyişir və həyətə çıxır. Şirkətin hər bir əməkdaşı, administratordan tutmuş aparıcı mütəxəssislərə qədər, 500 dollar nağd pul alır və “Filial ovçuları” komandasına daxil olur. Baş verənlər gizli alıcının ova çıxması konsepsiyasına bənzəyir. Komanda Nyu-York üzrə əvvəlcədən düşünülmüş marşrut ilə hərəkət edərək bütün banklarda hesab açır, müəyyən əməliyyatları həyata keçirir. Bu marşrutun əsas məqsədi xidmətin parlaq nümunələrini və ya əksinə, biganə yanaşma, laqeydlik və bürokratizasiya nümunələrini tapmaqdır. Komanda iştirakçılarından biri baş verənlərin fotoşəkillərini çəkir. Günün sonunda komanda slayd nümayişi hazırlayaraq iclas keçirir və tapıntılarını bölüşür: nələr ruhlandırdı, nələr məyus etdi, nələr absurd göründü və s. Bu təcrübəni xatırlayaraq bir şey başa düşdüm: bir neçə ağıllı insandan maliyyə bazarının hər hansı bir hissəsi haqqında kollektiv təəssüratların toplanmasını xahiş etsəniz, bir çox yeniliklər öyrənəcəksiniz.

Başqa bir şirkətdə işləyən əməkdaş ilə yerinizi dəyişin. Mən Build-a-Bear Workshopun həmtəsisçisi olan sahibkar Maxine Clark-ı çox sevirəm. Clark pərakəndə satış sahəsində hər zaman yeni yanaşmalar axtarışında olan insanlardan biridir. O, Container Store-nin həmtəsisçisi olan Kim Tindell-in fikirlərini çox bəyənirdi. Beləliklə, iki dənə gənc və məşhur şirkət bir-birinə qovuşdu. Clark və Tindell yerlərini dəyişərək merçendayzinq, əməkdaşların motivasiyası, mağazanın daxilində kommunikasiya və digər sahələrdə çoxlu yeni ideyalar görmüş oldular. Unutmayın ki, bəzən sizin fəaliyyət sahənizə aid olan ən yaradıcı ideyalar artıq başqa yerdə tətbiq olunur, əsas olan tək şey onları görməkdir.

Əgər yerlərinizi dəyişə bilmirsinizsə, rola girin. Bəzən başqa bir şirkətdə çalışan biri ilə yerimizi dəyişməyə imkanımız olmur. Burada da çıxış yolu var. TBWA reklam agentliyinin yaradıcılıq şöbəsi bu kimi problemlərin həlli üçün “CEO-nun şlyapası” metodundan istifadə edir. Top-menecerlər üzərində dünyanın ən böyük korporasiyalarının (Apple, Virgin və s.) loqosu olan köynəklər, papaqlar və aksessuarlardan istifadə edirlər. Şirkətin əməkdaşı həmin əşyaları geyinərək özünü həmin şirkətin əməkdaşı yerinə qoyur və atacağı addım barəsində düşünür.

Düşüncə tərzinizi dəyişmək üçün dinləməyi öyrənməyiniz tələb olunur. Rob Walker yazır ki, müşahidə etmək incəsənəti təkcə görmək ilə deyil, dinləmək bacarığı ilə də əlaqəlidir. Belə ki, fikrilərini nəzərə aldığımız insanlar bizim düşüncə tərzimizə çox güclü əsir göstərirlər. PwC konsaltinq nəhənginin 120 əməkdaşı, 200 əməkdaş və şirkət direktorları üçün müəllim qismində çıxış edir. Özündən on yaş kiçik olan əməkdaşlarla vaxt keçirdikdə yaşlı əməkdaşlar yeni ideyalar, baxış tərzi, iş prosesi haqqında bir çox yeniliklər öyrənmiş olurlar. Onlar daha əvvəl görə bilmədiklərini görməyə başlayırlar.

Bu gün rəhbərin qarşısında duran əsas vəzifə – digər insanların nəzərindən qaçan şeyləri görməkdir. Əgər nəzərdən qaçırmamaq incəsənətini tez-tez tətbiq etsəniz, yeni bilik və fikirlərin sayına təəccüblənəcəksiniz.

Son xəbərlər
Digər xəbərlər