9 C
Baku
Thursday, December 12, 2024

Yeniliklərlə zəngin Çikaqo!

Dünyanın ən uzun küçəsi Çikaqoda yerləşir. Hətta dünyanın ilk göydələni də burada inşa edilmişdir. Bu möhtəşəm Amerika şəhəri haqqında daha nələri bilmirik:

Çikaqo çayı – dünyada əks istiqamətdə axan yeganə çaydır.

Playboy jurnalının nəşri Çikaqoda 1953-cü ildən başlanıb.

Qıfıllıca  – (geyim, çanta və s. iki ayrı hissəsini sürətli şəkildə bir-birinə birləşdirliməsi üçün nəzərdə tutulmuş qıfıllama növlərindən biri) 1851-ci ildə burada yaradılıb.

Çarxlı yelləncək də 1893-cü ildə məhz burada yaradılıb.

Dünyada ən son pulsuz zooparklardan biri olan Linkoln Park Zoo Çikaqoda yerləşir.

Çikaqo İncəsənət institutunun muzeyində impressionistlərin şəkillərindən ibarət ən nəhəng kolleksiya yerləşir (Luvr muzeyindən sonra).

Amerikada ilk bankı 1937-ci ildə burada yaradılıb.

Dünyanın ən uzun küçəsi olan Western Avenue-nun uzunluğu 23,5 mildir.

Dünyanın ən nəhəng pulsuz qida festivalı olan Taste of Chicago burada keçirilir.

Şəhər hər il bütün dünyadan 35 milyon turist qəbul edir.

4

İlk, tamamilə rəngli telekanal 1956-cı ildə Çikaqoda yayımlanmağa başlayıb.

Tozsoran 1868-ci ildə Çikaqoda yaradılıb.

Willis Tower qülləsinin baxış ərazisindən 4 ştatı görmək mümkündür. Bunlar İllinois, İndiana, Miçiqan və Viskonsin ştatlarıdır.

Şəhərdə nə az, nə çox 552 park var.

İlk McDonald’s restoranı 1955-ci ildə Çikaqonun şəhər ətrafı olan Dez-Plenzdə açılmışdı. İndi həmin ərazidə şirkətin muzeyi yerləşir.

Walt Disney burada doğulub.

Amerikada ilk açıq ürək əməliyyatı 1893-cü ildə Çikaqoda həyata keçirilib.

1885-ci ildə Çikaqoda ilk göydələn peyda olur. 10 mərtəbəli Home Insurance Building 42 metr hündürlüyə sahib idi.

Amerikada ilk avtomobil yarışı 1895-ci ildə Çikaqoda keçirilib.

İlk mobil telefonun prototipi Motorola şirkətinin əməkdaşı Martin Kuper tərəfindən Çikaqoda yaradılıb.

Son xəbərlər
Digər xəbərlər