9 C
Baku
Thursday, December 12, 2024

Yens Stoltenberq Finlandiya və İsveçə səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 12-13-də Finlandiya və İsveçə səfər edəcək.

Bu barədə NATO iyunun 10-da açıqlama yayıb.

Bildirilib ki, Baş katib həmin ölkələrin rəhbərləri ilə Finlandiya və İsveçin alyansa üzvlüyə qəbulunun perspektivini müzakirə edəcək: “NATO-nun Baş katibi iyunun 12-də Finlandiya Prezidenti Sauli Niinistyö, xarici işlər naziri Pekkoy Xaavisto və ölkənin başqa rəsmi şəxsləri ilə görüşəcək. İyunun 13-də isə İsveçə yollanacaq. Orada Baş nazir Maqdalena Andersson və hökumət üzvləri ilə görüşəcək”.

Qeyd edək ki, bu il mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ərizə verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər